Cəmiyyət

Aztəminatlı və imtiyazlı ailələrdən olan şagirdlər məktəbli formaları ilə təmin olunub

13-09-2017 | 16:22        

  

Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə elm, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafı istiqamətində işlər davam etdirilir. Paytaxtın Qaradağ rayonundakı bir çox məktəblər də məhz Fondun dəstəyi ilə əsaslı təmir olunaraq istifadəyə verilib. Heydər Əliyev Fondu bu dəfə də ənənəsinə sadiq qalaraq yeni dərs ilə ərəfəsində Qaradağda məktəbliləri sevindirdi. Ümumilikdə, 200-dən çox aztəminatlı ailənin uşaqlarına  məktəbli formaları, çantalar və dərs ləvazimatları təqdim olundu.

Təqdimat mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ölkəmizdə təhsilə xüsusi qayğıdan danışdı. Bildirildi ki, Heydər Əliyev aztəminatlı ailələrin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən belə mühüm tədbirlər onlar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR