Xarici xəbərlər

BMT Baş Assambleyasının 72-ci sessiyası başlayıb

13-09-2017 | 14:15        

  

Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası başlayıb. Qarşıdakı bir il müddətində assambleyanın diqqətdə saxlayacağı və müzakirə edəcəyi prioritet məsələlər açıqlanıb. Assambleyanın 72-ci sessiyasının dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə ümidvarlığını bildirən Slovakiyadan olan sədri Miroslav Layçak diqqəti xüsusilə mövcud münaqişələrin həlli məsələsinə çəkib. O, bu münaqişələrin  qarşısının alınmasına daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Miqrantların problemlərinin həlli, insan hüquqlarının müdafiəsi, davamlı inkişaf, iqlim dəyişikliyi və bərabərliyin təminatı da prioritet təşkil edəcək. BMT-nin islahatlara üstünlük verəcəyi diqqətə çatdırılıb. Qeyd edib ki, müzakirə olunacaq məsələlərdə və qəbul olunacaq qərarlarda insanların maraqları bərabər şəkildə nəzərə alınacaq. BMT Baş Assambleyasının baş katibi Antonio Guterres isə müasir şərtlərə uyğunlaşmaq və qurum qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə nail olmaq üçün daha çox səy göstərilməsinin vacibliyindən danışıb. Baş Assambleyanın 72-ci sessiyasında təxminən 180-dək məsələyə baxılacaq. Həmin məsələlərin sırasına sülh və təhlükəsizliyin təminatı, terrorizm və cinayətkarlığın digər formalarına qarşı mübarizə, insan hüquqları və ətraf mühitin müdafiəsi, sosial və iqtisadi inkişaf daxildir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR