Siyasət

MDB ölkələri arasında müdafiə sahəsində çoxtərəfli hərbi əməkdaşlığa dair müzakirələr başlayır

13-09-2017 | 12:05        

  

Bu gün Minskdə MDB dövlətlərinin Müdafiə Nazirləri Şurası haqqında Əsasnaməyə Dəyişiklik edilməsinə dair ekspert qrupunun iclası başlayır. 2 gün davam edəcək toplantıda birlik üzvü olan dövlətlər arasında hərbi əməkdaşlıq Konsepsiyasının təsdiqi, eləcə də 2020-ci ilədək hərbi koordinasiya haqqında bir sıra hüquqi sənədlər müzakirə olunacaq. Müdafiə Nazirləri Şurası haqqında Əsasnaməyə Dəyişiklik edilməsinə dair sənəd layihəsi bu ilin mayında hazırlanıb. Təklif olunan dəyişikliklər müdafiə sahəsində çoxtərəfli hərbi əməkdaşlığı özündə əks etdirir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR