Xarici xəbərlər

Fransada yeni Əmək Məcəlləsinə qarşı etiraz aksiyaları başlayıb

13-09-2017 | 10:16        

  

Fransada Əmək Məcəlləsində islahatların aparılmasına qarşı səkkiz böyük şəhərdə etiraz nümayişi keçirilib. Paytaxt Parisdə 400 yüz mindən çox nümayişçinin etirazına yüzlərlə yük maşını qoşulub və şəhərin küçələrini iflic edib.

Nümayişçilərlə polis arasında qarşıdurma zamanı gözyaşardıcı qazdan və yüksək təzyiqli sudan istifadə olunub.

Aksiya zamanı jurnalistin polis tərəfindən saxlandığı və rezin dəyənəklə döyülməsi anı lentə alınaraq sosial şəbəkələrdə yayılıb. Nümayişçilər “oktyabr inqilabının 100 illiyi” şüarı yazılan plakatlarla küçələrə çıxıblar.

Aksiya iştirakçıları mağazaların vitrinlərini və reklam lövhələrini sındırıblar. Bir çox şəhərlərdə polislə aksiya iştirakçıları arasında ciddi qarşıdurmalar baş verib.