Bölgələr

Dünyada aclıq çəkənləri sayı son ildə 98 milyon azalıb

27-01-2011 | 18:14        

  


 

BMT-nin Kənd Təsərrüfatı və Qida üzrə Təşkilatı planetimizdə inkişaf etməkdə olan 122 ölkədə aparılan təhlillər əsasında aclıq üzrə qlobal hesabatını hazırlayıb. Hesabata görə, Afrika və Cənubi Asiyanın 29 ölkəsində aclıq təhlükəli həddə çatıb. Dünyada aclıq çəkənləri sayı son ildə 98 milyon azalıb. Hazırda dünyada 925 milyon insan aclıq içərisindədir.  BMT-nin Kənd Təsərrüfatı və Qida üzrə Təşkilatının hesabatına görə, Yer üzündə təxminən bir milyard insan yaxşı qidalanmır və  hər gün aclıqdan 37 min nəfər dünyasını dəyişir. Onların da  25 mini azyaşlıdır. Aclıq çəkənlər 2009-cu ilə nisbətən 2010-cu ildə təxminən  10 faiz azalıb və bu, son 15 ildə qeydə alınan ilk azalmadır. Afrika və Cənubi Asiyanın 29 ölkəsində vəziyyəti çox təhlükəlidir. Hesabata görə, Braziliya, Çin, Qana və Vyetnam aclıqla mübarizədə uğur əldə edən ölkələr sırasındadır. Xüsusilə Braziliyada pis qidalanmaya görə uşaq ölümlərinin sayı azalıb. Son illər iqtisadi böhran səbəbindən inkişaf etmiş ölkələrin Dünya Qida Proqramının saxlanması üçün ayırdıqları maliyyənin həcmi  6 milyard dollardan 3.2 milyard dollara qədər azaldılıb.