Cəmiyyət

Ölkəmizdə yaşamaq istəyən əcnəbilərin sayı ilbəil artır

31-08-2017 | 13:01        

  

Ötən il daimi yaşamaq üçün Azərbaycana 3233 əcnəbi gəlib. Dövlət Statika komitəsindən verilən məlumata görə bu göstərici 2015-ci illə müqayisədə 584 nəfər çox təşkil edir. İmmiqrantların sayına görə ən çox MDB ölkələri ən az isə Yunanıstan hesab olunur. 2016-cı ildə immiqrantlardan 1402 nəfəri kişi, 1831 nəfəri isə qadın olub. Azərbaycana daimi yaşamaq üçün gələnlərin əsas hissəsini 30-34 yaşlı adamlar təşkil edib. Gələnlər arasında azlıq isə 4 yaşadək uşaqlara aiddir. Ötən il ölkəmizə gələnlərin 2829 nəfəri əmək qabiliyyətli şəxslər olub. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR