Digər

“ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində e-vizanın verilməsinə başlanılıb

31-08-2017 | 12:07        

  

Avqustun 30-dan etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər.Agentliyindən bildirilib ki,bu yenilik “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər,həmçinin  “ASAN Viza” sistemi haqqında əsasnamədə dəyişikliklər edilməsi barədə Fərmanının icrasının təmin edilməsi çərçivəsində aparılan işlərin nəticəsidir.Qeyd edək ki,  “ASAN Viza” sistemi Azərbaycan Prezidentinin izmaladığı fərmanla ötən ilin  iyun ayında ayardılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla -müraciət et, ödəniş et və e-vizanı yüklə və 3 iş günü ərzində əldə edə bilərlər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər. Qeyd edək ki, bu günə kimi “ASAN Viza” vasitəsilə 167 min 337 əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.