Digər

Rusiyanın “Metro” qəzeti: “Bakı əsl müasir arxitektura şedevridir”

31-08-2017 | 09:36        

  

“Azərbaycan turistləri özünün rəngarəngliyi ilə təəccübləndirəcək”. Rusiya mətbuatında Azərbaycana həsr edilən məqalə bu başlıqla verilib. Ölkəmizə səfərindən yazan müəllif Anna Xramtsova bildirir ki, dağ mənzərələrindən zövq almaq, Şərq şirniyyatının dadına baxmaq, müasir arxitekturanın möcüzələrini görmək üçün müxtəlif ölkələrə getməyə ehtiyac yoxdur. Bütün bunları, özünü elə ilk baxışda sevdirən günəşli Azərbaycanda da tapmaq mümükündür. İçərişəhərdə gəzinti insana xüsusi zövq verir. Hər biri unikal olan evlərin memarlıq üslubu adamı ovsunlayır. Müəllif yazır ki, Bakıda qədim binalar müasir tikililərə mükəmməl uyğunlaşıb. Üç göydələndən ibarət “Alov qüllələri” isə şəhərin hər yerindən görünür. Bakını əsl müasir arxitektura şedevri adlandıran Anna Xramtsova yeni tikililər sırasında Heydər Əliyev Mərkəzini də vurğulayır. Məqalədə Abşeron yarımadasının ən heyrətamiz məkanlarından olan “Yanardağ” qoruğu haqqında da məlumat verilir. “Mən Azərbaycana azı on gün müddətinə gəlməyi məsləhət görürəm. Axı paytaxtı gəzmək, bütün ölkəni görmək demək deyil. Bölgələrdə də istirahət üçün hərtərəfli şərait var. İlin hansı fəslində gəlməyinizdən asılı olmayaraq, Azərbaycan mətbəxinin dadına baxmaq fürsətini əldən verməyin”. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR