Cəmiyyət

Dövlət İmtahan Mərkəzi test tapşırıqlarının hazırlanması işinə mütəxəssis qəbulu elan edir

30-08-2017 | 16:12        

  

Dövlət İmtahan Mərkəzi (DİM) test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edir.

DİM-dən bildiriblər ki, mütəxəssis (müqaviləçi) ali təhsil müəssisələrinin bakalavriat və müxtəlif ixtisas istiqamətləri üzrə magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını hazırlamaq üçün bir neçə funksiyanı yerinə yetirməlidir.

Bura sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək, ekspertizasını həyata keçirmək, Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək, eləcə də test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərcüməsinin ekspertizasını həyata keçirmək daxildir.

Müraciət edən şəxslər orta təhsil üzrə buraxılış və bakalavriat səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün müvafiq fənlər üzrə ən azı bakalavr təhsilinə, magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün isə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və (və ya) rus dilini mükəmməl bilməli, Mircrosoft Office proqramlarında işləməyi bacarmalıdırlar.

Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdəsinə götürməli və nəzərdə tutulan öhdəlikləri tam keyfiyyətlə və vicdanla yerinə yetirməlidirlər.

Müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanmaları üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

İşəgötürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Bu sahəyə marağı olan şəxslərin verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq sentyabr ayının 20-dək magistratura@dim.gov.az  elektron poçt ünvanına mövzu hissəsində “Test tapşırığı hazırlanması üçün elan” yazaraq göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR