Bölgələr

İsrail investorlarının Ağdaşa cəlb edilməsi imkanları müzakirə olunub

29-08-2017 | 09:53        

  

İsrailin Azərbaycandakı səfiri Dan Stav Ağdaşa səfər edib. Əvvəlcə rayon icra hakimiyyətində səfirlə görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov səfirə Ağdaşın qədim tarixi, coğrafi mövqeyi, mədəniyyəti, elm xadimləri, adət-ənənəsi, rayon iqtisadiyyatının əsasını təşkil edən pambıqçılıq, baramaçılıq, çəltikçilik və Ağdaşda yeni yaradılan sənaye müəssisələri haqqında geniş məlumat verib.

Səfir Dan Stav İsrail ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın durmadan inkişaf etdirilməsini yüksək qiymətləndirib, respublikada tolerant mühitin yaradılmasının mühüm nailiyyət olduğunu diqqətə çatdırıb.

Ağdaşa səfəri çərçivəsində səfir Dan Stav “Orelay” meyvəqurutma müəssisəsi, qənnadı və şokolad fabriki, “Gilan” Qarışıq Yem Emalı Zavodu və tikilməkdə olan biyan zavodu ilə tanış olub.

Ağdaşın kənd təsərrüfatı, elm və təhsil sahələrindəki potensialı barədə səfirə məlumat verilib, rayona İsrail investorlarının cəlb edilməsi imkanları müzakirə olunub, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR