Analitika

“Qarabağ” klubunun futbolçuları Vətənə qayıdıblar

24-08-2017 | 14:18        

  

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Danimarkanın “Kopenhagen” səddini aşaraq qrup mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubunun futbolçuları avqustun 24-də Vətənə qayıdıblar.

Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazan futbolçuları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri, klubun azarkeşləri böyük coşqu ilə qarşılayıblar.

Klubun vitse-prezidenti Tahir Gözəl səmimi təbriklərə və fəal dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib.

Sonra tərəfdarlar baş məşqçi Qurban Qurbanovu və futbolçuları bir-bir alqışlayıblar. Komandanın üzvləri azarkeşlərin hərarətli alqış sədaları altında avtobusa minərək hava limanını tərk ediblər.

Qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan “Qarabağ” Gürcüstanın “Samtredia” və Moldovanın “Şerif” klublarını mübarizədən kənarlaşdırıb. Ağdamlılar pley-off mərhələsində Danimarkanın “Kopenhagen” komandasından üstün olaraq Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR