Mədəniyyət

“Açıq kitabxana” layihəsi çərçivəsində kitab sərgisi

17-08-2017 | 09:39        

  

“Açıq kitabxana” layihəsinin davamı olaraq Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin 3 saylı filialında kitab sərgisi keçirilib.

İdarədən bildirilib ki, sərginin məqsədi əsasən məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və insanlar arasında mütaliənin təbliğ olunmasıdır. Layihədə klassik və müasir yazarların dünya və uşaq ədəbiyyatına aid kitabları nümayiş olunub.

Sərgiyə xeyli oxucu cəlb olunub.