Mədəniyyət

Azərbaycan beynəlxalq bazarlara kütləvi şəkildə xalça çıxaracaq

16-08-2017 | 10:09        

  

Azərbaycan xalçasının dünya bazarındakı yeri bərpa edilməkdədir.  İlin sonunadək “Azərxalça”nın Şəmkir, Qazax, Ağstafa, Tovuz, Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ filialları fəaliyyətə başlayacaq. Ümumilikdə isə respublika üzrə Azərxalçanın 30 filialının fəaliyyət göstərməsi və bununla da 5000-ə yaxın işçinin daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub. Azərxalçanın ötən ilin oktyabr ayından fəaliyyətə başlayan ilk Füzuli filialında isə indiyədək 100-ə yaxın müxtəlif ölçülü xalçalar toxunub. Filialların sayı artdıqca xalçaların çeşidi çoxalacaq. Həmin filiallarda xalçalar tamamilə əl əməyi sayəsində hazırlanır. Xalçaların özəlliyi ondan ibarətdir ki, yunundan, rəngindən, naxışından, bədii kompozisiyasından tutmuş ən xırda detallarınadək o, əsl Azərbaycan məhsuludur.