Cəmiyyət

Pan Gi Mun: Bütün dünya skautları Azərbaycanın bəşəriyyət naminə səylərindən xəbər tutacaqlar

16-08-2017 | 10:07        

  

Bu mənim Azərbaycana ikinci səfərimdir. Bakıya ilk dəfə Koreya Respublikasının xarici işlər naziri olarkən rəsmi səfər etmişdim. Yaxşı yadımdadır, mən BMT-nin baş katibi vəzifəsində çalışarkən Azərbaycan missiyası ilə sıx əlaqə saxlayırdım. Azərbaycan Prezidenti İlham Əliyev sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Mən ona ürəkdən heyranam və onun liderlik qabiliyyətinə hörmət edirəm.

Bu fikirləri BMT-nin sabiq baş katibi, 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün Bakıya gəlmiş Pan Gi Mun söyləyib.

Pan Gi Mun deyib ki, bu gün Azərbaycan ən genişmiqyaslı Dünya Skaut Konfransına ev sahibliyi edir.

BMT-nin sabiq baş katibi vurğulayıb: “Ümidvaram ki, dünyanın hər yerindən bu mühüm tədbirə gəlmiş skautlar Azərbaycanın bəşəriyyət naminə, ümumi sülhün bərqərar olması naminə səyləri barədə daha çox məlumat əldə edəcəklər. Bu prinsiplər dünya vətəndaşları olmağı arzu edən gənc skautları ruhlandırmalı və onların bu istəyini gücləndirməlidir”.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR