İdman

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

16-08-2017 | 10:04        

  

Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

İlk oyunlar çərçivəsində 5 qarşılaşma baş tutub.

Oyunlara Bakıda start verilib. “Qarabağ” Danimarka çempionu “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib.

“Yanq Boyz”la MOİK arasında görüşdə də eyni hesab qeydə alınıb. İsveçrəlilərin uzatma dəqiqəsindəki avtoqolu qonaqları sevindirib.

İlk oyun günü “Böyük beşlik” təmsilçilərinin dueli ilə əlamətdar olub. “Hoffenhaym” öz meydanında “Liverpul”a uduzub – 1:2. Bu, günün ən qollu qarşılaşması olub.

APOEL Kiprdə “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib. “Sportinq”lə “Styaua” arasında matçda isə hesab açılmayıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR