Cəmiyyət

Dünya Skaut Konfransının ikinci günü: skaut hərəkatının 3 illik planının hədəfləri müzakirə edilib

15-08-2017 | 16:19        

  

Dünya Skaut Konfransının ikinci günündə avqustun 15-də iştirakçılar Dünya Skaut Hərəkatının 3 illik planının (2017-2020) hədəfləri ilə bağlı müzakirələr aparıblar.

Konfrans çərçivəsində keçirilən sessiyalarda, həmçinin skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətinin formalaşdırılması, qarşıdakı dövr üçün rəhbər orqanlara seçkilərin keçirilməsi məsələləri diqqət mərkəzində olub.

Bundan başqa, Dünya Skaut Komitəsinə 2017-2020-ci illər üzrə namizədlərin təqdimatı olub. Ümumilikdə 19 nəfərin namizədliyi irəli sürülüb. Namizədlər arasında Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllının da adı var.

41-ci Dünya Skaut Konfransı çərçivəsində avqustun 16-da Cambori Dünya Skaut toplantısı keçiriləcək.

Qeyd edək ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına və iştirakçıların sayına görə skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük tədbirlərdir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR