Digər

“Wanderlust” jurnalı: Azərbaycan viza alınmasının sadələşdirilmiş proseduru olan ölkələr arasında birinci yerdədir

14-08-2017 | 16:35        

  

Son illər Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Viza rejiminin sadələşdirilməsi də ölkənin turizm potensialının artmasına müsbət təsir edir.

Bu fikirlər Böyük Britaniyanın “Wanderlust” jurnalında yer alıb.

Jurnal yazır ki, son illər Azərbaycana turist axınının səbəblərindən bir də viza rejiminin sadələşdirilməsidir. Bu barədə dünya mətbuatında da məlumatlar yer almaqdadır. Yazıda vurğulanır ki, viza alınmasının ən sadələşdirilmiş proseduru olan beş ölkə arasında Azərbaycan birinci yerdədir. Azərbaycan vizaların verilməsində elektron sistemə keçdikdən sonra vizanın verilmə vaxtı və qiyməti əhəmiyyətli dərəcədə azalıb. Hökumət tərəfindən atılan addımlardan sonra vizaların verilməsinin prosesi sadələşib və bunun üçün cəmi bir neçə gün vaxt sərf etmək lazımdır.