Siyasət

ABŞ-DA XOCALI ANIM HƏFTƏSİ KEÇİRİLƏCƏK

08-01-2011 | 13:31        

  

Fevralın 18-dən 26-dək Amerika Birləşmiş Ştatlarında Xocalı Anım Həftəsi keçiriləcək. Anım Həftəsi Azərbaycan-Amerika Şurası, Amerika Azərbaycan Cəmiyyəti və Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq. Bundan başqa Azərbaycan diaspor təşkilatı San Fransisko, Vaşinqton və Nyu-Yorkda Xocalı faciəsinə dair “dəyirmi masa”lar, debatlar, eləcə də Torontoda xatirə konfransları təşkil edəcək.