Siyasət

İƏT-n Astanada keçiriləcək Sammitinə hazırlıqlar müzakirə olunub

11-08-2017 | 10:52        

  

Astanada İslam Əməkdaşlıq Təşkilatının Sammitinə hazirliqla bağli müzakirələr başa çatib.  Hazırlıq işlərinin aparıldığı toplantının əsas müzakirə mövzusu İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə elm və texnologiya olacaq. Bütün üzv və müşahidəçi dövlətlərin dəvət olunduğu toplantının mövzusu ötən il İstanbulda keçirilən Sammitdə müəyyənləşib. Məqsəd İslam ölkərləri və müsəlman dünyasında inkişaf edən elmi və texnoloji potensialdan istifadə etməklə bu sahədə əlaqələrin gücləndirilməsidir. Sammitdə üzv dövlətlərdə iqtisadi, sosial və siyasi məsələlər də diqqət mərkəzində olacaq.