Cəmiyyət

Son 6 ay ərzində 33 mindən çox işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib

11-08-2017 | 10:47        

  

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişaf təmin edilməklə bərabər, iqtisadi şaxələndirmənin genişləndirilməsi, əmək tutumlu yeni müəssisələrin yaradılması şəraitində yeni iş yerlərinin açılması daimi prosesə çevrilib. Nəticədə əmək bazarında qlobal böhranın təsirlərinin yarada biləcəyi gərginliyin qarşısının alınması, bu sahədə sabitliyin qorunub saxlanması təmin edilib. Bunun əyani göstəricisi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin son 6 ayı ərzində 33 min 654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.   Həmin şəxslərdən  10 min 432 nəfərini gənclər təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6 faiz artıb, işsiz statusu verilənlərin sayında 30,8 faiz azalma qeydə alınıb. Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 856 nəfər işsiz və işaxtaran vətəndaş öz biznesini başlamaq üçün aktivlərlə  təmin olunub. Verilən aktivlər hesabına həmin vətəndaşlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını formalaşdırıblar. 1385 nəfərin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub. Bu günə qədər proqram çərçivəsində 47 rayonda vətəndaşlara aktivlərin verilməsi tam başa çatdırılıb. 29 rayonda isə aktivlərin verilməsi qismən təmin edilib. 446 nəfəri əhatə edən tenderlər artıq yekunlaşıb. Həmin vətəndaşlara da aktivlərin verilməsinə başlanıb