Mədəniyyət

MDB ölkələri mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edir

03-08-2017 | 11:11        

  

Qırğızıstanda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsi müzakirə olunur. MDB üzv dövlətlərin mədəni əməkdaşlıq Şurasının iki günlük toplantısının gündəliyinə 16 məsələ salınıb.  İştirakçılar 2016-2020-ci illər üzrə mədəniyyət sahəsində əməkdaşlığa dair əsas tədbirlərin icrasını müzakirə edəcəklər. 2018-ci ilin MDB-də mədəniyyət ilinin elan edilməsi ilə bağlı hazırlanan  tədbirlər planı təsdiqlənəcək. Hansı ki, bu barədə qərarı üzv ölkələrin dövlət başçıları Şurası verib. Plana əsasən xalqların milli-mənəvi dəyərləri, tarixi ənənələri, incəsənəti, folkloru, dili ilə bağlı 87 tədbir keçiriləcək.