Mədəniyyət

"Eurovision-2018" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər müəyyən edilib

26-07-2017 | 10:31        

  

"Eurovision-2018" müsabiqəsinin yarımfinal və final mərhələlərinin keçiriləcəyi şəhər müəyyən edilib. Portuqaliyanın milli televiziyası və Avropa yayım birliyi Lissabonu 63-cü  dəfə keçiriləcək mahnı müsabiqəsinin ev sahibi seçib. Bundan başqa, müsabiqənin yarımfinal və final  mərhələlərinin tarixi də müəyyən edilib. Belə ki, yarımfinallar müvafiq olaraq 8 və 10 mayda, final isə mayın 12-də keçiriləcək.

Qeyd edək ki, bu il mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O,  Amar Pelos Dois mahnısını ifa edərək birincilik əldə edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.09.2018) :
Aydın Gecə : +19+21 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR