Mədəniyyət

“Euronews” telekanalı Azərbaycan mətbəxi ilə tanışlığı yarpaq dolmasından başlayıb

19-07-2017 | 09:31        

  

“Euronews” telekanalının yeni “Taste” proqramı Azərbaycan milli mətbəxi ilə tanışlığı yarpaq dolmasından başlayıb.

“Taste” proqramında italiyalı müxbir Klaudio Rosminonun Bakıda “Ay qonşu” restoranının baş aşpazı Elmin Şərifovla birgə bazardan yarpaq dolması üçün lazım olan məhsulları almasından, dolmanın hazırlanmasından, bu sözün mənasından söhbət açılır. Elmin Şərifov dolmanı bişirməklə yanaşı, bu yeməklə bağlı uşaqlıq xatirəsini bölüşür, Klaudio Rosminoya yarpaq dolmasının içliyində istifadə olunan inqrediyentləri, o cümlədən ilin fəslindən asılı olaraq içlik hazırlamağın özəlliyini, dolmanın süfrəyə verilmə qaydasını izah edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR