İqtisadiyyat

Çexiya Parlamenti Senatının sədri Milan Ştex: Azərbaycan zəngin enerji potensialına malikdir

17-07-2017 | 08:35        

  

Çexiya Parlamenti Senatının sədri Milan Ştex Qazaxıstana səfəri çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib. Qonağa məlumat verilib ki, Astanada təşkil olunan sərgidə Azərbaycan pavilyonu ən çox ziyarət olunan pavilyonlardandır.

“EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilib.

Milli pavilyonun konsepsiyası “Enerji yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır. Azərbaycan tarixi-mədəni irsini çox sevdiyini bildirən Çexiya Parlamenti Senatının sədri Milan Ştex Azərbaycan xalçalarına xüsusilə məftun olduğunu bildirib. “Azərbaycan zəngin enerji potensialına malikdir” - deyən Senatın sədri pavilyonda ənənəvi enerjidən alternativ enerjiyə qədər inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı bilgilərlə tanış olub.

Pavilyonun giriş zalında bükülmüş xalça forması dizaynı qonaqda böyük təəssürat oyadıb. Burada qonaqlar təqdim olunan foto və video materiallarla maraqlanıblar. Azərbaycan xalçaları, mətbəxi və musiqisinin incilərini yaxından görmək və Qobustan qayaüstü təsvirlərindən, “Atəşgah” məbədindən Bakının müasir memarlıq incilərinədək müxtəlif tarixi və modern tikililər ziyarətçilərdə bir daha ölkəmiz haqqında yüksək fikir formalaşdırıb.

Azərbaycana virtual tur Senat sədrinin ən çox bəyəndiyi məqamlardan olub. İzləyicilər milli çalarlı musiqinin müşayiəti ilə videoproyeksiya vasitəsilə odlar yurdu ilə tanış olublar.

Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Çilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi barədə qonaqlara məlumat verilərək vurğulanıb ki, ölkənin gələcəyində külək enerjisinin əhəmiyyəti olduqca böyükdür.

Çexiya Parlamenti Senatının sədri Milan Ştex Azərbaycan pavilyonundan böyük və zəngin təəssüratla ayrılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR