Bölgələr

Leysan cənub bölgəsində problemlər yaradıb

01-10-2011 | 17:39        

  

Gecədən yağan yağış cənub bölgəsində problemlər yaradıb. Lənkəranda həyətləri su basıb. Elektrik xətləri qırılıb. Yenidən torpaq sürüşməsi baş verdiyindən Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətini dayandırılıb. Yolun açılması üçün tədbirlər görülür.

Suötürcü kollektorların daşması nəticəsində Lənkəranın bir neçə istiqamətində həyətləri sel suları basıb. Evlərə, köməkçi tikililərə ziyan dəyib. FHN-nin Cənub regional idarəsinin briqadaları leysan sularını nasoslarla həyətlərdən çıxarırlar. Yağış güclü küləklə müşayiət olunduğundan elektrik dirəklərini də aşırıb, naqillər və bir neçə transformator sıradan çıxıb. Nəticədə bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.

Yağıntı nəticəsində  Lənkəran-Lerik yolunun 18-ci kilometrliyində yenidən torpaq sürüşməsi baş verib. Nəqliyyatın hərəkəti dayandırılıb. Yolun açılması üçün tədbirlə görür.

Lerik rayonun bəzi kəndlərində  də  torpaq sürüşməsi qeydə alınıb. Lənkəran Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə leysan davam etdiyindən çaylarda daşqın ehtimalı istisna olunmur.