Mədəniyyət

ABŞ Dövlət Departamentində “Əli və Nino” bədii filmi nümayiş etdirilib

03-07-2017 | 14:51        

  

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının təşkilatçılığı ilə ABŞ Dövlət Departamentində “Əli və Nino” bədii filmi nümayiş etdirilib. Tədbirdə  Vaşinqtonda akkreditə olunan diplomatik korpus təmsilçiləri iştirak edib. Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının Prezidenti Coanna Oven qeyd etdi ki, filmdə iki gənc arasında yaşanan sevgi hekayəsindən, eləcə də, 20-ci əsrin əvvəllərində Azərbaycanda, həmçinin Qafqaz regionunda cərəyan edən hadisələrdən bəhs edilib. Azərbaycanın ABŞ-daki səfiri Elin Süleymanov belə bir möhtəşəm layihənin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti və filmin layihə rəhbəri və icraçı prodüseri Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Yüksək tarixi və mənəvi dəyərlərə malik olan “Əli və Nino” əsəri iki gəncin ülvi məhəbbətindən, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq ənənələrindən bəhs edir. Əsər yüksək ustalıqla ekranlaşdırılıb.