Mədəniyyət

Azərbaycanın və İranın mədəniyyət nazirləri Tehranda görüşüblər

03-07-2017 | 10:56        

  

İyulun 3-dən 9-dək İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bununla əlaqədar İranda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İranın mədəniyyət və islam irşadı naziri Salehi Əmiri ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Qeyd olunub ki mədəniyyət günlərinin qarşılıqlı şəkildə keçirilməsi xalqların biri-birini daha yaxından tanımasına imkan yaradır.

Diqqətə çatdırılıb ki, Azərbaycan və İran xalqları eyni dinə, mədəniyyətə və adət ənənələrə malikdirlər. Yaxın qonşu və dost dövlətlər olan Azərbaycan ilə İranın mədəniyyət sahəsindəki əməkdaşlıq əlaqələri xalqlarımızın maraqlarını əks etdirir.