Mədəniyyət

“Şur” filminin 50 illik yubileyi qeyd olunacaq

30-06-2017 | 12:26        

  

İyulun 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Şur” filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçiriləcək.

Gecədə filmin yaradıcı heyəti və iştirakçıları ekran əsərinin yaranması, çəkiliş prosesləri ilə bağlı xatirələrini bölüşəcəklər.

Tədbirdə Əməkdar artistlər - Azad Şükürov, Nuriyyə Hüseynova, Fehruz Səxavət, Səbuhi İbayev, xanəndələr Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Ayşən Mehdiyeva və başqalarının ifasında muğamlarımız, xalq və bəstəkar mahnıları səslənəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR