Digər

Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

06-06-2017 | 10:54        

  

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və ombudsmanların üçüncü iclasının iştirakçıları iyunun 6-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə əklil qoyublar.

Qonaqlar Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr ediblər.