Mədəniyyət

Birinci vitse-prezident Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib

02-06-2017 | 13:10        

  

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib.

Bu barədə Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə Beynəlxalq Memarlar İttifaqının II region seksiya üzvləri prezidentlərinin müşavirəsində məlumat verib.

Qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə də təltif olunub.