Mədəniyyət

VI Muğam Televiziya müsabiqəsi davam edir

02-06-2017 | 09:54        

  

VI Muğam Televiziya müsabiqəsi davam edir. Layihənin ikinci onluğuna daxil olan iddiaçılar gözəl şairimiz Hacı Mailin qəzəllərini muğamlarımız üstündə səsləndiriblər.

Müsabiqənin ən gözəl məqamlarından biri də keçmiş sənətkarların xatırlanması və yaradıcılıqlarına dönə-dönə qiymət verilməsidir. Belə ki, növbəti axşamda məzmunlu ifası, məlahətli səsi ilə könülləri oxşayan muğam ustadı Vahid Abdullayevin sənəti xatırlandı. Xanəndənin  Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı təqdim olundu.

Sonra layihənin ikinci onluğuna daxil olan iddiaçılar gözəl şairimiz Hacı Mailin qəzəllərini muğamlarımız üstündə səsləndirdilər. 

Müsabiqənin sehrinə düşüb, bir-birindən fərqli ifaları dinləmək üçün Beynəlxalq Muğam Mərkəzinə xeyli tamaşaçı gəlmişdi.

Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə Azərbaycan Televiziyası, Mədəniyyət kanalı, Azərbaycan Radiosunda canlı yayımlanır.