Mədəniyyət

Mədəniyyət kanalının və Azərbaycan Radiosunun təşkilatçılığı ilə İçərişəhərdə, açıq səma altında "Pillə" adlı konsert proqramı təşkil olunacaq

30-05-2017 | 16:36        

  

1 iyun saat 15:00-da Mədəniyyət kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birgə layihəsi çərçivəsində qoruq ərazisində, açıq səma altında "Pillə" adlı konsert proqramı təşkil olunacaq. Konsert 1 İyun Uşaqların Beynəlxalq Müdafıəsi günü ilə bağlı Mədəniyyət Kanalnın körpə balalarımıza bir töhvəsidir.

Mədəniyyət kananlmm direkoru Ramil Qasımovun dediklərinə görə, Ümumilli lider Heydər Əliyev daima uşaqlara diqqət və qayğı göstərmişdir. Onun siyasi kursu bu gün də layiqincə davam etdirilir. Ölkə başçısnın sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması bu diqqət və qayğının bariz nümunəsi idi. Ölkədə aparılan məqsədyönlü və ardıcıl uşaq siyasəti nəticəsində hər il müxtəlif sahələrdə fərqlənən istedadlı uşaq və gənclərə Prezident təqaüdü ayrılır, istedadlı gənclərin üzə çıxarılması üçün silsilə tədbirlər keçirilir.

Mədəniyyət Kanalnın təşkil etdiyi "Pillə" adlı konsertin məqsədi də istedadlı uşaq və gəncləri ictimaiyyətə təqdim etmək, tanıtmaqdır. Konsertdə müxtəlif musiqi məktəblərinin şagirdləri və musiqi kollektivləri iştirak edəcək.

Konsert proqramı Azərbayan Televiziyası, Mədəniyyət Kanalı və Azərbaycan Radiosu vasitəsilə işıqlandırılacaq.