Bölgələr

Zaqatalanın Əliabad qəsəbəsinə və 9 kəndə qaz xətti çəkilir

27-01-2011 | 16:58        

  


 

Bu il Zaqatala rayonunda 9 kəndin qazlaşdırılması  planlaşdırılır. Hazırda Əliabad qəsəbəsinə qaz xəttinin çəkilişi davam etdirilir.
Zaqatala rayonunun Əliabad qəsəbəsinə 18 km-lik məsafədən orta  təzyiqli yeraltı daşıyıcı qaz xəttinin çəkilişinə başlanılıb. İndiyədək xəttin  14 km-lik hissəsi müxtəlif diametrlik plastik borular vasitəsilə çəkilib. Qalan 4 km-lik hissənin çəkilişi də yaxın günlərdə başa çatdırılacaq. Qəsəbənin yuxarı hissəsində qazpaylayıcı stansiya quraşdırıldıqdan sonra mavi yanacağın verilməsinə başlanılacaq. Bununla da qəsəbədə 2 min 700 ailə təbii qazdan istifadə edə biləcək. Ümumilikdə isə bu il rayon əhalisi təbii qazla bağlı heç bir problemlə üzləşməyib. Hazırda Zaqatalada 10 000 abonent mavi yanacaqdan istifadə edir. Əliabad qəsəbəsində qurulacaq qazpaylayıcı stansiya bu il daha 9 kəndin
qazlaşdırılmasına imkan yaradacaq.