Siyasət

Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb oyununun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib

19-05-2017 | 12:20        

  

Azərbaycan Respublikasında Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb oyununun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən hərb oyununda Amerika Birləşmiş Ştatlarının Müştərək Qüvvələr Qərargahı Kollecinin professorları Çarlz Davis, Patrik Hannum və Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim və dinləyici heyəti iştirak edib.

İşçi görüşdə qonaqlara Hərbi Akademiyada tədris prosesinin, elmi işin təşkili və elmi kadrların hazırlanması, burada keçirilən hərb oyunu haqqında brifinqlər verilib və onları maraqlandıran suallar cavablandırılıb.