Bölgələr

Biləsuvarda 64 mindən çox rayon sakini pulsuz tibbi müayinələrdən yararlanıb

19-05-2017 | 12:18        

  

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, respublikada keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinə aksiyası müvəffəqiyyətlə başa çatıb.

3 ay ərzində keçirilən humanitar aksiya Biləsuvarda da uğurla yekunlaşıb.

Rayon mərkəzi xəstəxanası baş həkiminin müavini Zakir Xammədov bildirib ki, humanitar aksiya zamanı tibbi dispanserizasiyadan keçməli olan 74 min 742 rayon sakininin 94,5 faizi (64 min 62 nəfər) müayinələrdən yararlanıb. Müayinələr zamanı 5579 nəfərin səhhətində müxtəlif xəstəliklər aşkarlanıb və onlar müalicəyə cəlb edilib. 95 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olunub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR