İdman

“Bakı-2017”: VI gün

19-05-2017 | 08:17        

  

Mayın 18-də - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının altıncı günündə Azərbaycan idmançıları 17 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 4-ü gümüş, 4-ü isə bürüncdür.

Gün ərzində milli komandamızın aktivinə ən çox medalı boks və güləş yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar. Onlar 6 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar.

Azərbaycan milli komandası yarışın altıncı günündə 116 medalla (59 qızıl, 33 gümüş və 24 bürünc) ikinci pillədəki yerini qoruyub.

İslamiadanın altıncı günündə Türkiyə yığma komandası medal siyahısına liderliyi davam etdirib. Qardaş ölkənin idmançıları gün ərzində 18 medal qazanıblar. Bu medallardan 6-sı qızıl, 7-si gümüş, 5-i isə bürüncdür. Hazırda Türkiyə yığmasının hesabında 155 medal (60-52-43) var.

İlk beşliyi İran (67 medal, 16-22-29), Özbəkistan (54 medal, 14-14-26) və Əlcəzair (35 medal, 7-12-16) tamamlayır.

Ümumilikdə altı gün ərzində 34 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.