İdman

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş növbəti turnir start götürüb

21-04-2017 | 16:22        

  

Azərbaycanın tanınmış qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” şahmat turniri start götürüb.

Ənənəvi şahmat turnirində dünyanın aparıcı qrossmeysterlərinin çoxu iştirak edir. Turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov birinci tura qara fiqurlarla başlayıblar. Ş.Məmmədyarov turnirin reytinq-favoriti Uesli So, T.Rəcəbov Pavel Elyanov ilə qarşılaşıblar.

Turnir Şəmkirdə Heydər Əliyev Mərkəzində keçirilir.

Birinci turda Radoslav Voytaşek (Polşa) – Vladimir Kramnik (Rusiya), Veselin Topalov (Bolqarıstan) – Maykl Adams (İngiltərə), Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan), Sergey Karyakin (Rusiya) – Pentala Harekrişna (Hindistan), Pavel Elyanov (Ukrayna) – Teymur Rəcəbov (Azərbaycan) partiyaları oynanılır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.04.2017) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +16+18
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0283 | Satış: 0.0304

Avro:
Alış: 1.7357 | Satış: 1.8351
AzTV TƏQDİM EDİR