İdman

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

21-04-2017 | 15:50        

  

Bu gün futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Mərasimdə Avroliqanın bu mərhələsindəki rəqiblər müəyyənləşib.

Püşkatmanın nəticəsinə görə, Avroliqada “Ayaks” (Hollandiya) komandası “Lion”la (Fransa), “Selta” klubu (İspaniya) isə Mançester Yunayted”lə (İngiltərə) üz-üzə gələcək.

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları mayın 4-də, cavab matçları isə mayın 11-də keçiriləcək.