Xarici xəbərlər

Parisin mərkəzində terror aktı nəticəsində 1 polis əməkdaşı həlak olub, 2 nəfər yaralanıb

21-04-2017 | 14:21        

  

Fransanın paytaxtı Parisin mərkəzində polislərə silahlı hücum olub. Oldlu silahdan açılan atəş nəticəsində 1 polis əməkdaşı həlak olub, 2 nəfər ağır yaralanıb. Silahlı şəxs cavab atəşi ilə zərərsizləşdirilib.

Fransa prezidenti Fransua Olland hadisəni terror aktı adlandırıb. İnsidentin qeydə alındığı ərazi polis tərəfindən nəzarətə götürülüb.

Hücuma görə məsuliyyəti “İraq-Şam İslam Dövləti” qruplaşması öz üzərinə götürüb. Terrorçunun Parisə Belçikadan gəldiyi bildirilir. Hüquq-mühafizə orqanları onun  evində axtarış aparıb. Hadisənin araşdırılması Paris prokurorluğunun antiterror bölməsinə tapşırılıb.