Xarici xəbərlər

Avropa Parlamenti: Britaniya “Brexit” prosesini istənilən vaxt dayandıra bilər

21-04-2017 | 13:06        

  

Avropa Parlamentinin sədri Antonio Tayani Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxma prosesini istənilən an dayandıra biləcəyini bildirib. Bu məsələ Baş nazir Tereza Meyin elan etdiyi növbədənkənar parlament seçkiləri ərəfəsində daha da aktuallaşıb.

Tayaninin sözlərinə görə, əgər yeni hökumət “Brexit”ə başqa cür yanaşsa, Lissabon sazişinin 50-ci maddəsinə əsasən başlayan bu prosesi dayandıra bilər.

Avroparlament sədrinin bu fikri Tereza Meyin “Brexit”in geriyə dönüşünün olmadığı barədə iddialarına əsla uyğun gəlmir.

Xatırladaq ki, Böyük Britaniyada əvvəlcə 2020-ci ilə təyin olunan parlament seçkiləri bu il iyunun 8-də keçirilməlidir. Britaniya hökumətinin başçısı ölkənin Avropa İttifaqının tərkibindən çıxması prosesini həyata keçirmək üçün müəyyənliyə, sabitliyə və güclü rəhbərliyə ehtiyac olduğunu və növbədənkənar parlament seçkilərinin məhz buna hesablandığını vurğulayıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.04.2017) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +16+18
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0283 | Satış: 0.0304

Avro:
Alış: 1.7357 | Satış: 1.8351
AzTV TƏQDİM EDİR