Xarici xəbərlər

BMT Yəmənə 50 milyon dollar yardım ayırıb

21-04-2017 | 12:43        

  

BMT Yəmən əhalisinə humanitar yardım üçün 50 milyon dollar vəsait ayırıb. Bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib. Qurum rəsmisinin sözlərinə görə bu il ərzində Yəmənə ilk humanitar yardımın ayrılması BMT-nin Yəmən üzrə koordinatoru Ceymi MakQoldrik tərəfindən təsdiqlənib.Stefan Düjarrik bildirib ki, bu vəsait ərzaq məhsulları, dərman preparatları və ilkin tələbat mallarının alınmasına, o cümlədən qaçqınlara və onları qəbul edən icmalara sərf olunacaq.

BMT-nin hesablamalarına görə son 2 il ərzində Yəməndə münaqişə nəticəsində 5000-ə yaxın adam həlak olub. Onlardan 1400-ü uşaqdır. Hazırda 19 milyona yaxın adamın humanitar yardıma ehtiyacı var. 7 milyon nəfər aclıq təhlükəsi ilə üz-üzədir. BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsinin hesablamalarına əsasən 2017-ci ildə Yəmən əhalisinə yardım etmək üçün ümumilikdə 2,1 milyard dollar tələb olunur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.04.2017) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +16+18
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0283 | Satış: 0.0304

Avro:
Alış: 1.7357 | Satış: 1.8351
AzTV TƏQDİM EDİR