Rəsmi xronika

Prezident İlham Əliyev “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşüb

27-01-2011 | 11:51        

  

Prezident İlham Əliyev Davosda “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşüb. “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund Azərbaycan ilə rəhbərlik etdiyi şirkətin uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirməsini vurğulayaraq, bu əməkdaşlığın dərinləşməsi işinə Azərbaycan Prezidentinin şəxsən verdiyi töhfəni yüksək qiymətləndirib.

“Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir”,- deyən Helge Lund ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirib.

Dövlətimizin başçısı Azərbaycan ilə “Statoil” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq əmin olduğunu bildirib ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.

Prezident İlham Əliyev “Statoil”in “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarındakı iştirakını və ölkəmizə investisiya qoyuluşu istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan ilə “Statoil” şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2018) :
Aydın Gecə : +8 +10 | Gündüz: +15 +17
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR