Digər

Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu işə başlayıb

17-04-2017 | 11:52        

  

Aprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu işə başlayıb.

Forumda Azərbaycan Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçı iştirak edir.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

AMEA-nın prezidenti Akif Əlizadə tədbirdə çıxış edərək tarixdə ilk dəfə keçirilən bu Forumun əhəmiyyətindən danışıb.

Sonra Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR