Digər

Avropalı alimlər işığı da üstələyən sürəti kəşf ediblər

24-09-2011 | 11:44        

  

Avropa nüvə araşdırmaları mərkəzinin fizikləri yeni elmi kəşfə imza atıblar. Nüvə mütəxəssislərinin yeni kəşfi müasir fizika elminin əsasını təşkil edən Albert Eyşteynin məşhur Nisbilik nəzəriyyəsini alt-üst edə bilər.

Avropa nüvə araşdırmaları mərkəzinin alimləri həyata keçirdikləri təcrübələr zamanı işığı üstələyən sürəti kəşf ediblər. Onlar Eynşteynin işıq sürətinin sonuncu hədd olması barədə nəzəriyyəsinin əksini sübut edən elmi kəşfə nail olublar.  Alimlərin bu iddiasına səbəb isə onların İsveçrə ilə Fransa sərhədində yerləşən Böyük Adron kollayderində apardıqları təcrübələr zamanı təsadüfən müşahidə etdikləri sürətdir. Nüvə mütəxəssisləri Cenevrədəki mərkəzdən Böyük Adron kollayderi vasitəsilə İtaliyanın Qran-Sasso yeraltı laboratoriyası istiqamətində buraxdıqları neytrino adlandırılan hissəciklər işıq sürətini aşıb. Çəkisi sıfıra yaxın olan neytrino 732 kilometr məsafəni işıqdan da sürətli qət edib. O,  saniyədə təqribən 300 min kilometr təşkil edən işıq sürətini 60 nanosaniyə geridə qoyub. Bu isə nəzəri cəhətdən neytrinonun istənilən materiyanın içərisindən hiss edilmədən keçə biləcəyi mənasına gəlir. Hesablamada hər hansı bir səhvin ola biləcəyini nəzərə alan alimlər həmin təcrübəni 15 min dəfə təkrarlayıblar. Nəticə isə dəyişməyib. Bundan sonra avropalı alimlər yeni kəşflə bağlı dünya elm ictimaiyyətinə müraciət edərək nəticələrin bir daha yoxlanılması üçün onlara yardım edilməsini istəyiblər. Aparılan növbəti təcrübələr yenidən təkrarlanarsa və dünya elm ictimaiyyəti tərəfindən də təsdiqlənərsə, bu kəşf fizika elmində əsaslı dəyişiklərə səbəb olacaq. 

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR