Rəsmi xronika

Prezident İlham Əliyev “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-von ilə görüşüb

27-01-2011 | 11:49        

  

Görüşdə “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-von rəhbərlik etdiyi qurumun hazırkı fəaliyyəti, perspektivləri barədə dövlətimizin başçısına məlumat verib. Çey Tae-von rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan qurumun Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı fəaliyyət göstərdiyini məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev Koreya Respublikasına səfərini məmnunluqla xatırlayaraq səfər çərçivəsində nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı aparılan danışıqların nəticəsi kimi artıq bu layihənin yaxın vaxtlarda Azərbaycanda tətbiq ediləcəyinə ümidvar olduğunu bildirib.

Dövlətimizin başçısı Koreya Respublikasının və Azərbaycan Respublikasının şirkətləri arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğuladı, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib.

Qeyd edək ki, “SK Group” şirkətlər qrupu 1953-cü ildə yaradılıb. Bu şirkət özündə 92 fəaliyyət sahəsini birləşdirir və sənaye, kimya, rabitə, informasiya texnologiyaları, tikinti və digər sektorlarda iri layihələr həyata keçirir. Şirkətin müxtəlif ölkələrdə 113 ofisi fəaliyyət göstərir. Həmin ofislərdə 300 mindən çox insan çalışır. Təkcə 2009-cu ildə şirkətin 80 milyard dollara yaxın ümumi gəlirləri olub.

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR