İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində mübadilə ediləcək məlumatlar müzakirə olunub

03-04-2017 | 13:43        

  

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində mübadilə ediləcək məlumatlar müzakirə olunub.

Müzakirələr aprelin 3-də Dünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələcək fəaliyyəti ilə bağlı üçtərəfli texniki görüş zamanı aparılıb.

İki gün davam edəcək görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi barədə məlumat verilib, dəmir yolu xətti ilə bağlı məlumat mübadiləsinin texniki şərtləri, sənədlərin müqayisə edilməsi, mübadilə ediləcək məlumatların müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.

Tədbirin gedişində həm də bu ilin mayın 2-3-də keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədin hazırlanması planlaşdırılır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR