Analitika

Pambıqçılıq sahəsinin inkişafı: ixrac potensialı, yeni iş yerləri...

03-04-2017 | 13:40        

  

Ölkədə pambıqçılıq sahəsinin potensialının tam həcmdə realizəsi prioritet istiqamət kimi müəyyən edilib. Prezident İlham Əliyevin müəyyən etdiyi  iqtisadiyyatın diversifikasiya siyasəti həm də pambıqçılıq sahəsinin inkişafını özündə ehtiva edir.

Bu sahənin inkişafı ye­ni iş yer­lə­ri­nin açılması ilə yanaşı, həm də ixracın təmin olunması ilə ölkəyə bö­yük miq­dar­da val­yu­ta axı­nı­nı tə­min edə­cək.  Bu baxımdan bəzi statistik göstəriciləri nəzərdən keçirək:

* 2015-ci il­də 18 min hek­tar­dan cə­mi 35 min ton pam­bıq tə­da­rük edil­miş­di. La­kin ötən il­dən eti­ba­rən döv­lət dəs­tə­yi nə­ti­cə­sin­də 51 min hek­tar­da pam­bıq əkil­di və 90 min to­na ya­xın məh­sul gö­tü­rül­dü. Bu, 2015-ci il­lə mü­qa­yi­sə­də üç də­fə çox­dur. Bu rə­qə­min növ­bə­ti il­lər­də 600-700 min to­na çat­dı­rıl­ma­sı proq­noz­laş­dı­rı­lır.

* 2015-ci il­də öl­kə­yə 8431 ton pam­bıq ip­li­yi­nin sa­tı­şın­dan təx­mi­nən 14 mil­yon 390 min dol­lar gə­lir gə­lib. 2016-cı il­də 9362 ton pam­bıq ip­li­yi 18 mil­yon 13 min dol­la­ra sa­tı­lıb. Pam­bıq və pam­bıq məh­sul­la­rı­nın ix­ra­cı əsa­sən Ru­si­ya, Tür­ki­yə, İran, Gür­cüs­tan, Mal­ta və Uk­ray­na­ya edi­lib. Am­ma ca­ri il­dən eti­ba­rən və­ziy­yət ta­mam fərq­li is­ti­qa­mət­də də­yi­şə­cək. İlk növ­bə­də ona gö­rə ki, öl­kə­də is­teh­sal edi­lən pam­bı­ğın miq­da­rı xey­li ar­tıb.

* Pam­bıq­çı­lı­ğın in­ki­şaf et­di­ril­mə­si kənd əha­li­si­nin dai­mi iş­lə tə­min olun­ma­sın­da, hey­van­dar­lı­ğın yem ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­sin­də xü­su­si əhə­miy­yət kəsb edir. Ey­ni za­man­da, pam­bıq­çı­lıq əmək­tu­tum­lu kənd tə­sər­rü­fa­tı sa­hə­si­dir. Ke­çən il pam­bıq­çı­lı­ğa on min­lər­lə in­san cəlb edi­lib. Bu il bu rə­qə­min da­ha da bö­yük ola­ca­ğı bildirilir.

***
Prezident İlham Əliyevin sədrliyi ilə Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış bu sahənin gələcək inkişafı ilə bağlı yol xəritəsi idi.

Çıxışın bəzi məqamlarını nəzərdən keçirək:

* Hesab edirəm ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olmuşdur. 2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olmuşdur, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdir. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur.

Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik.

* Bu il və keçən il Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulmuşdur. Kompleks tədbirlər görülmüşdür. İlk növbədə, biz özümüzü texnika ilə təmin etməli idik və bunu etdik. Keçən il və bu il Azərbaycana minlərlə yeni texnika gətirilib. Keçən il 100-ə yaxın pambıqyığan kombayn gətirilmişdir. Bu il 200-dən çox müasir kombayn sifariş edilib.

* Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər.

* Biz, əlbəttə ki, keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bu gün biz pambıqçılıqla bağlı ikinci müşavirəni keçiririk. Bu müşavirələrin keçirilməsi özlüyündə dövlət dəstəyinin təzahürüdür. Eyni zamanda, biz vətəndaşları, fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər gördük. Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Bax, bu, çox önəmli amildir. Dövlət öz dəstəyini göstərir və göstərəcəkdir. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə bax, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarır. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur. Əlbəttə ki, biz gələcəkdə pambıqçılığı daha sürətlə inkişaf etdirəcəyik. Pambıqçılıq daha geniş vüsət alacaq və həm vətəndaşlara, həm dövlətə bunun ancaq böyük xeyri olacaqdır.

Vüsal Məmmədov