Xarici xəbərlər

Dağıstanda partlayış törədilib

27-01-2011 | 11:44        

  


Dağıstanın Xasavyurt şəhərindəki “Karvan” kafesi yaxınlığında güclü partlayış törədilib. Hadisə nəticəsində 4 nəfər həlak olub. Partlayışda 7 nəfərin yaralandığı bildirilir. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Xasavyurt milisinin məlumatına görə, terror hadisəsinin qurbanları kafenin müştəriləri və işçiləri olub. Hadisə ilə bağlı xüsusi xidmət orqanları təhqiqata başlayıblar. İlkin məlumata görə, partlayışın gücü 30 kiloqram trotil ekvivalentində olub. Təhqiqat partlayışın terror aktı olduğunu da üzə çıxarıb. Bundan başqa qanunsuz silah əldə etmə və ölümə qəsd madələri ilə bağlı cinayət işi açılıb.