İqtisadiyyat

Bəzi qanunlara dəyişikliklər olunur

30-03-2017 | 15:17        

  

Bankların sağlamlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər olunur. Dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Ödəmə qabiliyyətini itirmiş və ya itirməkdə olan bankların problemlərinin həlli üçün yeni prosedurlar tətbiq olunacaq. Bunun üçün qanunvericilyə əlavə və dəyişikliklər edilir. Prosedurlardan biri artıq dünyada tətbiq olunan və bir çox ölkələrdə geniş yayılan bankların öhdəliklərinin könüllü restrukturizasiyasıdır. “Banklar haqqında” qanuna edilən dəyişiklikdə qeyd olunur ki, bu prosedur bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə restrukturizasiya planı əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbirlərdir. Belə ki, əgər bankın məqbul kapitalı yoxdursa və yaxud bank kifayət qədər likvidikliyə malik deyilsə, onda bank sahibləri, idarəetmə orqaları, menecerləri bank kreditorları ilə birgə Kreditorlar Bürosu yaradır. Həmin kreditorların üçdə ikisinin razılığı ilə bankın öhdəlikləri, sağlamlaşdırlması planı hazırlanır. Plan məhkəmənin qərarı əsasında təsdiqlənir və yerinə yetirilir. 

İkinci prosedur isə bankların icbari rezolyusiyası ilə bağlıdır. Yəni bu zaman ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırlmaıəs məqsədilə “Banklar haqqında” qanunun müəyyənləşdirdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülməsi, “Körpü bankı”nın yaradılması üzrə tədbilər həyata keçrilir. Qanunverciliyə təklif edilən dəyişikliyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasına "körpü banklar" yaratmaq səlahiyyəti veriləcək. Bu zaman müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradılacaq. Problemli bankın sağlam aktiv və öhdəlikləri "körpü bank"a keçiriləcək. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılacaq. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüftə Aslanlı qorunan əmanətlərin qaytarılması istiqmətində görülən işlər barədə məlumat verərək dedi ki, bu vəsair dövlət tərəfindən ayrılıb və ödənir.

Millət vəkilləri təklif olunan dəyişiklikləri məqbul saydılar.