İqtisadiyyat

İki ay ərzində xarici müəssisələr Azərbaycanda əsas kapitala 1, 5 milyard manata yaxın vəsait yönəldiblər

24-03-2017 | 11:36        

  

Bu il yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala təxminən 1 milyard 405 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 1 milyard 189 milyon 600 min manatı, yəni 84,6 faizi Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran və ABŞ sərmayədarlarına məxsus olub. Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 66 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10 faizə yaxınını əsaslı təmir işləri təşkil edib. Yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri isə 6 milyard 300 milyon manat olub. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə artım deməkdir. əldə olunan məbləğin 51 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində yaranıb. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR